İnsan üçün ən yaddaqalan biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı, hümanistliyi, səmimiyyəti ilə secilən müharibə veteranı istefada olan kapitan Həsənov Sədi Aydın oğludur. Sentyabr ayının 5- də onun 48 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan müharibə veteranı ehtiyatda olan Sədi Həsənovu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi doğum günü münasibətilə semimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir. Sədi Həsənovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə Veteranı ehtiyatda olan kapitan Həsənov Sədi Aydın oğlu 1974 -cü ilin sentyabr ayının 5-də Azərbaycan Zəngəzur mahalının Mehri rayonunda zəhmətkeş ailədə anadan olub.



1988 -ci ildə Azərbaycanın Zəgəzur mahalının Mehri rayonunda orta məktəbin 8 (səkkizinci) sinfini, 1991 — ci ildə Bakı şəhərində 238 saylı tam orta məktəbi, 1998 -ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını, 2000 — ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xəzər rayonunda yerləşən Təlim və Tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib . O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrdə kecirlən bir cox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1992 — 1994 — cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanıb.
Kapitan Sədi Həsənov 1994- 1998 -ci illərdə Daxili işlər Nazirliyinin Polis Akademiyasında ali təhsil alıb. 1998- 2007 — ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların (Yalama qəsəbəsində) Quba, Nərmanov rayonunlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrdə taqım komandiri, böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.2007- ci ildə Xəstəliyi ilə əlaqədar Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxlıb. 2010 — cü ildən etibarən Özəl sahədə müvafiq vəzifələrdə işləyir.



O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi Nizamnaməlirin, Daxili işlər Nazirliyinin Post — patrul , Daxili Qoşunların isə Döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış, qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— «10 il Qüsursuz xidmətə görə » 3 dərəcəli medal ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SƏDİ BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


