İranın müdafiə nazirinin müavini Azərbaycana gəldi

İranın müdafiə nazirinin müavini admiral Əmir Rasteqari Azərbaycana üçgünlük səfərə gəlib.

Bu barədə İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

İranlı admiralın səfər çərçivəsində “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Mənbə: Publika.az

Bu xəbəri paylaşın: