Qondarma qurum Xocalı və Malıbəyli kəndlərində qanunsuz məskunlaşan ermənilərə müraciət edib

Erməni təbliğatı durub-dincəlmək niyyətində deyil.

İndi də özlərindən bir «Məlumat qərargahı» adlanan qurum yaradıblar və bu qurumun əsas fəaliyyəti Qarabağın hələ də işğal altında olan XOCALI və MALIBIYLİ rayonlarında qanunsuz məskunlaşmış xarici ermənilərin buranı tərk etməmələri üçün onlara necə deyərlər «ürək-dirək» verməkdən ibarətdir.

Qurumun ermənilərə müraciətində deyilir:

«Əziz həmvətənlər!

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycan tərəfi ilə Əsgəran rayonunun İvanyan (XOCALI) icması və Acapnyak (MALIBƏYLİ) rayonunun “təhvil verilməsi” ilə bağlı razılaşmanın olması barədə xəbərlər yayılıb.

Nəzərinizə çatdırırıq ki, bu cür yalan xəbər və şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur və Azərbaycan xüsusi xidmət orqanları tərəfindən erməni vətəndaşlarında panik əhval-ruhiyyə, o cümlədən acizlik, ümidsizlik və təzyiq hissləri yaratmaq məqsədilə məkrli məqsədlə tirajlanır. Eyni zamanda, bizlərin Vətəndə yaşamaq əzmimizi qırmaq məqsədi daşıyır. Sizləri yuxarıda qeyd olunan və hər cür dezinformasiyanı yaymaqdan çəkinməyə çağırırıq.»

« «Artsaxın» məlumat qərargahı »

Bütün bunlardan sonra o qənaətə gəlmək olar ki, BİSMİLLAH deməklə, donuzu bostandan çıxarmaq mümkün deyil. Deməli, «DƏMİR YUMRUQ» həmişə hazır vəziyyətdə olmalıdır.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin Direktoru

Bu xəbəri paylaşın: