ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Bakıya gələcək.
ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi, səfir Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel həftəlik brifinqdə söyləyib.
O, qeyd edib ki, bu, onun yeni vəzifədə ilk səfəri olacaq.
“Ümid edirik ki, regiona səfərlər müntəzəm olacaq. O, bu axşam yola düşəcək və səfər çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək».
Mənbə: Publika.az
Bu xəbəri paylaşın:
