İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı və humanistliyi və səmimiyyəti ilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bilasuvar rayon şöbəsinin sədri Qurbanov Qurban Allahverdi oğludur. Sentyabr ayının 8 də onun 47 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Müharibə Veteranı Qurbanov Qurban Allahverdi oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır, Qurbanın yaşının üstünə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərə qovuşduraraq daha da xoşbəxt etsin,
Qurban Allahverdi oğlu Qurbanov 1975 — ci ilin sentyabr ayının 8 də Azərbaycan Respublikasının Bilasuvar rayonunda zəhmətkeş ailədə anadan olub.



1987 — ci ildə Bilasuvar şəhər 4 saylı tam orta məktəbi , 2007 — ci ildə Azərbaycan Dövlət Kooperasiya universitetini bitirib.
1993 — 1997 — ci ilərdə Azərbaycan Ordusunun Pereşkül qəsəbəsində və Döyüş bölgələrində yerləşən hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətə olub. 1997 — 2012 ci İllərdə Bilasuvar rayon Hərbi Komissarlığında ( Səfərbərlik və hərbi xidmətə çağırış şöbəsində) birinci bölmə rəisinin köməkçisi vəzifəsində Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
2012-ci ildə «Hərbi Xidmətkecmə Haqqında» Əsasnamənin müvafiq bəndinə əsasən Xəstəliyi ilə əlaqədar Silahll Quvvələrə ehtiyata buraxılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda , Füzuli, Cabrayıl, Kəlbəcər və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. 1994 -cü ilin fevral ayının 19-da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb. 3-cü qrup əlildir.



Qurban Allahverdi oğlu Qurbanov hal- hazırda » Aztelekom » MMC- in Biləsuvar rayonda Satış meneceri işləyir. 1997 — ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar royon şöbəsinin üzüvdür.2004 — cü ildən etibarən isə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin Biləsuvar royon şöbəsinin sədridir.
Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb ,ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:
«Silahlı Qüvvələrin yaranmasının» ( 1918 — 2008 ) 90 illiyi yubiley medalı Silahlı Qüvvələrin yaranmasının » ( 1918 — 2018) 100 illiyi medalı ilə;
Azərbaycan vətən müharibəsi veteranları ictimai birliyinin yaranmasının » (1994 — 2019) 25 illiyi yubiley medalı ilə;
Müharibə Veteranı» medalı ilə; Böyük Zəfər medali ilə ilə təltif olunmuşdür,


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN QURBAN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


