İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı, humanistliyi, işgüzarlığı, mənəvi keyfiyyəti və səmimiyyəti ilə secilən ehtiyatda olan mayor Abbasov Həsənalı Tofiq oğludur. Sentyabr ayının 8 də onun 52 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan mayor Abbasov Həsənalı Tofiq oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin rəhbərliyi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və uzun ömur arzulayir.
Mayor Abbasov Həsənalı Tofiq oğlu 1970-ci ilin sentyabr ayının 8 -də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində zəhmətkeş ailədə anadan olub.



1987- ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd orta məktəbi, 1994 -cü ildə Naxçıvan Dövlət Universitetini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki -təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə, komando- qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.
1999- 2019 cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Naxçıvan şəhərində yerləşən Əlahiddə (Alayda) Birqadada taqım komandiri və xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
O,Naxçıvan Muxtar Respublikasında yaradılan özünü Müdafiə dəstələrin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir layiqincə gəlmişdir
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi Nizamnaməlirin, Daxili işlər Nazirliyinin Post — patrul , Daxili Qoşunların isə Döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

«Silahlı Qüvvələrin yaranmasının » ( 1918- 2008) 90 illiyi medalı ilə;Silahlı Qüvvələrin yaranmasının » ( 1991 -2001) 10 illiyi medalı ilə; » Silahlı Qüvvələrin yaranmasının » ( 1918 -2013 ) 95 illiyi yubiley medalı ,Qüsursuz xidmətə görə » 3 dərəcəli medal , » Qüsursuz xidmətə görə » 2 dərəcəli medal ilə; «Qüsursuz xidmətə görə » 1 dərəcəli medal ilə təltif olunmuşdir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN HƏSƏNALI BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


