Qarabağdakı separatçı tör-töküntüsünün lideri Rusiyadan qaçan erməni oliqarxı qəbul edib.
Bu barədə qondarma qurum erməni mediasına məlumat verib.
Qondarma qurumun “prezidenti” Arayik Arutyunyan sentyabrın 8-də Rusiyadan Qarabağa köçən Ruben Vardanyanla görüşüb.
Məlumata görə, terrorçu Arayik “vətənpərvər” Vardanyanın Qarabağa köçmək və Qarabağın “təhlükəsizliyi” və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb.
O, bunun bütün dünyada ermənilər üçün nümunə olacağına ümid etdiyini bildirib. Görüşdə “əməkdaşlıq” perspektivləri müzakirə olunub. Çox güman ki, çirkli pulların yuyucusu kimi tanınan Vardanyan yəqin ki, öz pul yuma əməliyyatlarını burada davam etdirmək niyyətindədir. Necə deyərlər, dərəni xəlvət görən çaqqal-çuqqal yığışır.
