Ukrayna dövlətinə xəyanət edən Dudin saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayət departamentinin keçmiş rəhbəri Roman Dudin saxlanılıb.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

«Dudin dövlətə xəyanətdə və xidmət yerini tərk etməkdə şübhəli bilinir. O, Ukraynanın qərbindəki vilayətlərdən birində saxlanılıb. Roman Dudin 2020-ci ilin martından 2022-ci ilin mayına qədər Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov şöbəsinə rəhbərlik edib», — məlumatda deyilir.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: