“Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək”.
Bunu “Ermənistan” parlament fraksiyasından deputat Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.
“Ukrayna qambiti.
Ukraynadakı hərbi əməliyyatlar birbaşa Ermənistan və Qarabağa təsir edəcək.
Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır. Hücuma hazırlaşırlar. Hansı istiqamətdə deməyə ehtiyac var..?
Bəs Ermənistanda nə edirlər? Ermənistanda daha çox faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür”, – deyə Tevanyan bildirib.
Xuraman Etibarlı
Mənbə: KONKRET.az
Bu xəbəri paylaşın:
