Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri ön xəttdə yerləşən N saylı hərbi hissədə 32 əsgər, gizir və MAXEnin ad günü münasibətilə yüksək səviyyədə təşkil olunan tədbirdə iştirak ediblər.
Tədbirə ad günü olan əsgərlərin valideynləri, müğənnilər dəvət olunmuşdu. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra Qurban kəsildi. Çıxışlardan sonra ad günü olan şəxsi heyətə Hərbi hissə komandiri tərəfindən təşəkkürnamə və bizim tərəfimizdən qiymətli hədiyyələr təqdim olundu.



Əsgərlərimizin şərəfinə bişirilən tortlar kəsilib paylanıldıqdan sonra, qurban ətindən kabab bişirilərək bütün şəxsi heyətə paylandı.
Qiymətli hədiyyələri təşkil etdiyinə görə Qazi qardaşımız Abdullayev Vidadi bəyə, Qurbanlıq qoyunu alıb bizim vasitəmizlə əsgərlərimizə göndərən ARKİVAN TRANSPORT şirkətinin rəhbəri Abdulla müəllimə dərin təşəkkürümü bildirirəm.


Belə yüksək səviyyədə tədbir təşkil etdiyinə görə 1 Korpusun İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisinə, Briqada komandirinə təşəkkür edirik.
Allah Ordumuzu qorusun!
«Ordu-Xalq, Xalq-Ordu» devizi altında hər zaman ordumuzun yanındayıq.
AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev

