TƏBRİK: İLHAM QURBANOV — 54

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanovu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Qoy İlham Qurbanovun yaşının üstə gələn bu il ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl olsun!

AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov 12 sentyabr 1968-ci ildə Lənkəran şəhərində anadan olub.

Vətənin dar günündə silaha sarılıb və yurdumuzun müdafiəsinə qalxıb. Ağır döyüş yolu keçib və döyüşlərin birində yaralanıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sıralarında ən fəal şöbə sədri kimi bölgə veteranlarımızın problemlərinin həllində və gənc nəslin hərbi-vətənpərvər ruhda yetişdirilməsində müstəsna xidmətləri var.

İlham Qurbanov 44 günlük Vətən müharibəsi günlərində də «Orduya dəstək» kompaniyası çərçivəsində ordumuza dəstək olub və bu gün də ordudan geri dönmüş qazilərimizlə onların cəmiyyətə adaptasiya olunması istiqamətində iş aparmaqdadır.

Bütün gözəlliklər sənin olsun!

Bu gözəlliklər içində 100 yaşa, İlham bəy!

Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: