Düşmən tərəfi sərhəddə törətdikləri insidentlə bağlı məlumat verib

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün Facebook səhifəsində yazıb: “Sentyabrın 13-də saat 00:05-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Zod, Gorus və Cermux istiqamətində artilleriya və iriçaplı silahlardan erməni mövqelərini intensiv atəşə tutmağa başlayıb.

Düşmən pilotsuz təyyarələrdən də istifadə edir”.

Azərbaycan Ermənistan sərhədləri yaxınlığında müxtəlif istiqamətlərdə, o cümlədən Vardenis, Gorus, Qapan və Cermuxdakı mövqelərinə zərbələr endirir.

Gorus sakinlərindən biri Ermənistan Xəbərləri-NEWS.am-ə bildirib ki, saat 23:30-dan etibarən şəhərdə artilleriya səsləri eşidilib. O qeyd edib ki, hücum Qara göl ərazisində baş verib. Sakinlər Kornidzor istiqamətində pilotsuz uçan aparatları da müşahidə ediblər.

Parlamentin “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryan “Facebook” səhifəsində yazıb ki, Azərbaycan silahlı qüvvələri də pilotsuz uçuş aparatlarından istifadə etməklə Qafan istiqamətində də hücuma keçib.

“Azərbaycan silahlı qüvvələri də pilotsuz uçuş aparatlarından istifadə etməklə Qafan istiqamətində də hücuma keçib”.

Bu xəbəri paylaşın: