Lənkəranda Həzi Aslanova həsr olunmuş kitabın təqdimatı keçirilib

Lənkəran şəhərində Həzi Aslanovun Ev Muzeyində Muzeyin Fond Müdiri Həcər Nəsirovanın yazmış olduğu «Həzi Aslanovun qəhrəmanlıqlarla dolu həyat yolu» adlı kitabının təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, sədr müavini Saleh Dostiyev, müharibə veteranlarımız Lənkəran Regional Mədəniyyət İdarəsinin Rəisi Şahin Şahbazov ilə birgə 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Ev Muzeyində Muzeyin Fond Müdiri Həcər Nəsirovanın yazmış olduğu «Həzi Aslanovun qəhrəmanlıqlarla dolu həyat yolu» adlı kitabının təqdimetmə mərasimində iştirak ediblər.

Saleh Dostiyev bildirib ki, AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov çıxış edərək Həzi Aslanovun Ev Muzeyində onun qəhrəmanlıqlarından söhbət açıb və kitabın müəllifi Həcər Xanıma yaradıcılıq uğurları arzulayıb.

Elnur Səlim

Bu xəbəri paylaşın: