Bu sayda erməni meyiti Azərbaycan tərəfdədir — Rəsmi

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb.

Dövlət Komissiyasından verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

“Sputnik Armenia” istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib ki, Ermənistan ordusunun 105 hərbçisi ölüb..

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən ağır itkilər verib.

Paşinyan ötən gün verdiyi açıqlamada Ermənistanın azı 49 hərbçi itirdiyini açıqlamışdı.

Bu xəbəri paylaşın: