Zelenski ruslardan azad edilmiş İzyuma gəlib: «Ya Ukrayna, ya ölüm!»

Prezident Vladimir Zelenski Xarkov vilayətinin işğaldan azad edilmiş İzyum şəhərinə gəlib.

Bu barədə Zelenski Telegram-da, Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsinə, 25-ci Əlahiddə Hava Desantları Seçeslav Briqadasına baş çəkməsini paylaşıb.

Zelenski deyib: «Əvvəllər yuxarı baxanda həmişə mavi səma axtarırdıq. Bu gün (14 sentyabr — red.) yuxarıya baxanda yalnız bir şey axtarırıq — Ukrayna bayrağı.

Bizim mavi-sarımız artıq işğaldan azad edilmiş İzyumda dalğalanır. Ukraynanın hər bir şəhərində və kəndində belə olacaq. Biz yalnız bir istiqamətdə — irəliyə və qələbəyə doğru gedirik”.

Bildirilir ki, Zelenski hazırda Ukrayna desantları tərəfindən azad edilən İzyumdadır, burada dövlət bayrağı təntənəli şəkildə qaldırılıb.

Prezident səfər üçün Çernıxın adını daşıyan zaporojiyalıların adını daşıyan 72-ci briqadanın “Ya Ukrayna, ya ölüm” şevronunu seçib.

P.S. Yadıma rəhmətlik Ozan Arifin şüar olmuş «Ya Qarabağ, ya ölüm» şüarı düşdü. Slava Ukraine! Qeroyam slava! Allah şəhidlərimizə rəhmət eləsin! Ya Qarabağ, ya ölüm!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: