«Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi».
Bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov bildirib.
O qeyd edib ki, qardaşı və özü körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər:
«Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, «mənimlə fəxr edəcəksən». Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm».
«Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım”.
Qaynarinfo xəbər verir ki, bu sözləri gənc müğənni Hiss, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı üzüntüsünü ifadə edərkən yazıb. Müğənni şəhidlə olan fotosunu sosial şəbəkədə paylaşıb. Fotodan görünür ki, müğənni şəhid Səbuhi Əhmədovla eyni uşaq evində böyüyübmüş.
Material Azərbaycan mətbuatının məlumatları əsasında hazırlanıb.

