Şuşada Xurşid Banu Natavanın 190 illik yubileyi qeyd olunub

Hərkəsə məlum olduğu kimi bir neçə gün öncə Qarabağımızın baş tacı olan Şuşamızda Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazırliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Xurşid Banu Natavanın 190 illik yubileyinə həsr olunmuş möhtəşəm bir tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət Vəkili Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse Prezidenti İsa Həbibbəyli, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, filologiya elmləri doktoru Raqub Kərimov, Azərbaycan Yazıçılar Birliyinin Katibi, şair Səlim Babullaoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ideoloji məsələlər üzrə müşaviri, sairə publisist, Nəsibə İsrafilqızı, görkəmli yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri, media mənsubları və eyni zamanda Türkdilli ölkələrdən dəvət olunmuş şairlər, yazarlar iştirak edirdi.

Tədbirdən əvvəl mədəniyyət və ədəbiyyat xadimləri Xurşid Banu Natəvanın Şuşanın işğalından sonra yenidən ucaldılmış, güllələnmiş heykəlinin üzərinə çiçək dəstələri düzərək onun xoş xatirəsini andılar.

Daha sonra isə dahi şairin yaradıcılığına həsr olunmuş sərgi ilə tanış oldular. Sərgidə əsasən xalqımızın bədii təfəkkürünün görkəmli və əvəzolunmaz xadimi olan Xurşid Banu Natavanın qələmə aldığı əsərlər nümayiş olunurdu.

Bundan əlavə Xurşid Banu Natavanın «Gül dəftəri» adlı əl yazmaları dan seçilmiş şəkillər də nümayiş olundu. Bu sərginin əsas mahiyyəti onun öz əsərləri ilə birgə haqında yazılmış kitabın və digər yazılarında ictimaiyyətin nəzərinə çatdırılması idi.

Mədəniyyət Nazirimiz Anar Kərimov tədbirdə çıxış edərək qeyd etdi ki, bu görüş çox böyük önəm daşıyır, tək ədəbi, elmi ictimaiyyətimiz üçün deyil bütün Azərbaycan ictimaiyyəti üçün önəmli bir hadisədir.

Daha sonra iştirak edən dəyərli qonağlar çıxışlar edərək tədbirin mahiyyətihaqqında giyməti fikirlər bildirmişdir.

Qeyd etdiyimiz kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-in ideoloji məsələlər üzrə müşaviri, sairə publisist Nəsibə İsrafilqızı da bu təbbirdə iştirak etmiş və hörmətli nazirimiz Anar Kərimova öz kitabını hədiyyə etmişdir.

Nəsibə xanım hər zaman öz vətənpərvərliyi, mərdliyi, əsl Azərbaycan xanımına xas əqidəsi ilə seçilən vətənpərvər xanımlarımızdandır. Bu cür tədbirlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini (AVMVİB) layiqincə təmsil edir.

Bu xəbəri paylaşın: