Erməni Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarından sonra şəhid olan hərbçilərimizdən biri də Mirtalıb Mirheydər oğlu Ağazadədir.
Bu gün şəhid Mirtalıb Ağazadənin dəfnində rayon ictimaiyyəti, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, müharibə veteranları və şəhidin yaxınları dəfn mərasimində yaxından iştirak ediblər.


Mirtalıb Ağazadə Beylaqan rayonu II Aşıqlı kənd sakinidir.
Şəhidimizin anası və həyat yoldaşı dünyasını dəyişib, bir körpəsi və atası var.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

