5 medallı şəhidimiz torpağa tapşırıldı

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvü olan müharibə veteranları Nərimanabad qəsəbəsində (Üzümçülük sovxozu) şəhidimiz Əhədzdə Xəyal Əlövsət oğlunun dəfnində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev məlumat verib.

Vətən müharibəsi iştirakçısı olmuş Xəyal Əhədzadə «Azərbaycan Bayrağı»ordeni, «Füzulinin azad olunması», «Cəbrayılın azad olunması», «Kəlbəcərin azad olunması», «Şuşanın azad olunması» medalları ilə təltif edilmişdi.

Müharibə veteranları şəhidin atası ilə görüşərək başsağlığı verərək Allahdan səbr diləyiblər.

Birinci Vətən müharibəsi iştirakçısı olan şəhidimizin əmisi Zöhrab qardaşımıza da Allahdan səbr diləyiblər.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlər ölməz, əbədi yaşarlar.

Elnur Səlim

Bu xəbəri paylaşın: