Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ilə ölkəmizə qonaq gəlmiş Qazaxstanın «Veteranlar Ittifaqı» (Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları və hərbi münaqişələrin iştirakçıları) Respublika İctimai Birliyi arasında görüş keçirilib.



Qonaqları qəbul edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev onları salamlayaraq Azərbaycanın keçdiyi şərəfli müstəqillik yollarından, apardığı qəhrəmanlıq mübarizəsindən və Türk dünyasında Azərbaycanın mövqeyindən söz açdı. Azərbaycan və Qazaxstan xalqlarının tarixi qardaşlıq əlaqələrindən və bu gün Böyük Turan yollarında birgə səylərimizi qeyd etdi. 44 günlük Vətən müharibəsində də, Birinci Qarabağ müharibəsində də qazax xalqından mənəvi dəstək gördük.



Qazaxstanın «Veteranlar Ittifaqı» (Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları və hərbi münaqişələrin iştirakçıları) Respublika İctimai Birliyinin sədri Murat Muxametjanov da artıq bir neçə gün Azərbaycanda olduqlarını və bir sıra ictimai qurumlarla görüşlər keçirdiyini və qonaqpərvərliklə qarşılandıqlarını məmnunluqla qeyd etdi. Axır ki, axtardığımı tapdığımı söyləyə bilərəm. Sizin fəaliyyətinizi bəyəndim. Üstəlik Azərbaycanın ən böyük veteran təşkilatı olduunuzu öyrənmiş oldum. Əlbəttə ki, Azərbaycan və Qazaxstan qardaş ölkələrdir. Ona görə də qərara aldıq ki, Türk ölkələrindəki müharibə veteranları ilə əlaqələr qurmaq, onlarla təcrübə mübadilələri aparmaq, gənc nəslin vətənpərvər ruhda böyüməsinə yardımçı olmaq üçün belə əlaqələrə ehtiyac var. Qardaş ölkənin müharibədə öz torpaqlarını azad etməsi bizləri də sevindirdi. Bu gün də sərhədlərdə ermənilərin təxribat törətmələrini qınayırıq. Bir qardaş kimi yanınızda olduğumuzu bildiririk. Qonaqpərvərlik üçün döyüşçü qardaşlarımıza birliyimiz adından öz təşəkkürümüzü bildiririk.


Görüş maraqlı debatlarla yadda qaldı və «Əməkdaşlıq haqqında memorandum» imzalanması qərara alındı. İmzalanmış sənəddə deyilir:
— Bu Memorandumun məqsədi Azərbaycanın və Qazaxıstan Respublikasının veteran təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin qurulmasıdır;
— Memorandumun həyata keçirilməsi çərçivəsində tərəflərin əməkdaşlığının əsas istiqamətləri aşağıdakılardır:
— Veteran təşkilatları arasında təcrübə mübadiləsi.
— Birgə idman tədbirlərinin təşkili.
— Konfranslarda, plenumlarda və digər birgə tədbirlərdə iştirak.
— Qardaş ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi.
— Böyüyən nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Vətən və qardaş xalqlara qarşı sevginin aşılaması.
— Qardaş xalqlar arasında dostluq əlaqalarinin möhkəmləndirilməsi
istiqamətində birgə proqramların və layihələrin lub buzarlanması.
— Birgə fəaliyyət məsələləri üzrə informasiya mübadiləsi.
— Sazişlər, protokollar, qətnamələr və digər sənədlərin imzalanması,
— Aktual məsələlər üzrə birgə planlar, proqramlar, layihələr, semlar,
konfranslar, dəyirmi masaların təşkili;
— Bu Memorandumun həyata keçirilməsi məqsədiylə tərəflər aşağıdakıları həyata keçirtmək niyyətindədirlər:
— Birgə tədbirlərin keçirilməsi (proqramlar, layihələr, semlar, konfranslar, dəyirmi masaların təşkili)
-Əməkdaşlıq üzrə işçi qrupları və ekspert komissiyalarının yaradılması
-İnformasiya mübadiləsi, birgə proqramların, layihə və tədbirlərin hazırlanıb həyata keçirilməsi.
Görüş qarşılıqlı anlaşma şəraitində keçdi. Memorandumun mətni qazax və Azərbaycan dillərində oxundu. Mətni Azərbaycan dilində AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, «Azərbaycan Bayrağı» ordenli polkovnik Elmar Hüseynov və qazax dilində Nurpolat Axmetovoxudular.
Görüş Memorandumun imzalanması ilə yekunlaşdı.



Qazaxstanın «Veteranlar Ittifaqı» (Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları və hərbi münaqişələrin iştirakçıları) Respublika İctimai Birliyinin sədri Murat Muxametjanov Qazax xalqına məxsus milli geyimi və qazax yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abayın kitabını hədiyyə olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevə təqdim etdilər.
AVMVİB sədri F. Rzaquliyev isə qrup təmsilçiləri olan hər üç qonağa birliyin təsis etdiyi «AVMVİB- 25 il» Xatirə medalı ilə təqdim etdi və qazi Xaqani Ədəboğlunun «Türkçülükdə Səlcuqlu xəstəliyi» adlı kitabını onlara hədiyyə olaraq verdi.
AVMVİB Mətbuat Xidməti
