Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən həlak olan daha bir hərbçimiz Üzeyir Sabir oğlu Əliyev torpağa tapşırılıb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.
O bildirdi ki, Göygöl rayon Qızılqaya qəsəbəsinin sakini Əliyev Üzeyir Sabir oğlu bu səhər sözügedən qəsəbəyə gətirilərək doğulduğu evdən son mənzilə yola salınıb. Ü.Əliyev Göygöl Şəhidlər xiyabanında dəfn olunub.



Dəfn məracimində ictimaiyyətlə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri iştirak ediblər.
Qeyd edək ki, əslən Daşkəsən rayonundan olan Əliyev Üzeyirin 29 yaşı var idi. O, müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. ÜzeyirƏliyev I Qarabağ Müharibəsində şəhid olan Arif Mahmudovun bacısı oğludur.
Allah rəhmət eləsin!
