Ermənistan və Azərbaycan atəşkəs haqqında razılığa gəliblər.
Bu barədə çərşənbə günü, sentyabrın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
“Beynəlxalq ictimaiyyətin iştirakı sayəsində sentyabrın 14-də saat 20:00-dan (Moskva vaxtı ilə 19:00) atəşkəs haqqında razılığa gəlmək mümkün oldu. Ümid edirik ki, Azərbaycan bu müqaviləyə əməl edəcək”, — deyə o, İctimai Televiziyanın efirində bildirib.
Bu xəbəri paylaşın: