Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmriylə AVMVİB Cəlilabad rayon şöbəsinə yeni sədr təyin edilib.
Müharibə veteranı, ehtiyyatda olan kapitan Əkbərov Rza Sultan oğlu AVMVİB Cəlilabad rayon şöbəsinin sədri təyin olunub.
Ehtiyyatda olan kapitan Əkbərov Rza Sultan oğlu 1967 — ci ilin oktyabr ayının 1 – də Azərbaycan Respublikasının Cəlilabad rayonun Müsalı kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
Əkbərov Rza Sultan oğlu 1984 — ci ildə Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbini, 1992-ci — ci ildə Azərbaycan Kənd Təsərrüfatının Akademiyasının bitirib. O, Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət etdiyi illər ərzində, Müdafiə Nazirliyinin Korpus və hərbi hisslərində keçirilən bir çox metodiki — təlim toplanışlarında, xüsusi — taktiki təlimlərdə , Komando — qərargah məşqlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1985 -1987 — ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.



1992 — 1993 — cü illərdə Cəlilabad rayonun Müsallı kolxozunda kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
1993- 2001 – ci illərdə Azərbaycan Ordusunun Döyüş bölgələrində ( Ağdam, Ağcabədi,Füzuli və Beyləqan rayonları ərazisində) yerləşən hərbi hisslərdə Taqım komandiri, minatan batareya komandiri vəzifəsində Vətənə, Dövlətə və Xalqa ləyaqlətlə xidmət edib.Motoatıcı taborun qərargah rəisi və taborun maddi texniki təminat xidmətləri üzrə müavini vəzifələrinin icra edib. 2-ci qrup əlildir.
1993 – 1994 — cü illərdə Azərbaycanın Ərazi bütövlüyü uğrunda ( Ağdam, Beyləqan, Füzuli və rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Rza Əkbərovun döyüş yoldaşları onu vətənpərvər, cəsarətli, qorxmaz, saxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. .
Təbrik edir və uğurlar arzulayırıq!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev
