Bir diversiya haqqında iki versiya: Rusiya, yoxsa ABŞ?

XAQANİ Ədəboğlu

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi ilə bağlı iki versiya irəli sürülür.

Burada ABŞ, yoxsa Rusiya sifarişçidir?

Prosesləri izləyəndə hər iki dövlətin rolunun ola biləcəyi görünəndir. Öncə bölgədə bu problemin memarı və iştirakçısı olan Rusiyanın rolunu nəzərdən keçirək. Ermənistanın Rusiyanın təsir dairəsindən qismən azad olması, KTMT-ni parçalamaq istəyi və inadla ATƏT Minsk Qrupunu yenidən bölgəyə soxmaq istəməsi Rusiyanın imperiya istəkləri ilə əkslik təşkil edir. Paşinyanın ənənəvi «telofon-telefon» oyunbazlığı isə elə Rusiyanı neytrallaşdırmaq xarakteri daşıyırdı.

KTMT Katibliyindəki mənbələrdən verilən məlumata görə, Nikol Paşinyan həmkarlarının suallarını cavablandırarkən, onun cavabı, hətta Rusiyanı da təəccübləndirdiyi deyilir. Ermənistan tərəfindən bütün Ermənistan-Azərbaycan sərhədinin minalanmasının, eləcə də Azərbaycanla sərhəddə hərbi infrastrukturun yaradılmasının yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyini səsləndirən dövlət başçılarından birinin sualına cavab verən Paşinyan deyib ki, Ermənistan sərhədlərinin mühafizəsini gücləndirmək üçün bu tədbirləri görüb. Ermənistanın sərhədlərini isə Rusiya sərhədçiləri qoruyur və bu barədə saziş var.

Rusiyanın prosesdə adının hallanmasına gəldikdə isə bu barədə yerli analitiklərimizin rəyləri «ilan vuranın ala çatıdan qorxmasına» daha çox bənzəyir. Hərbi-siyasi baxımdan bölgədə vəziyyətin kəskinləşməsi Rusiyaya əlavə dvidend gətirmir, əslində əlavə problemlər yarada bilər. Çünki onun bölgədə hərbi varlığını qoruyan hərbi birləşmələrin müəyyən qismi Ukraynadakı savaşa cəlb edilib. Ukrayna cəbhəsində isə raşistlərin vəziyyəti günbəgün pisləşir və ordu birlikləri amoralizə edilib. Artıq ortada general və polkovniklərin əsir düşməsi faktları var.

Ukraynanın aldığı silahlar Qərbin və ABŞ-ın utilizasiya məqsədiylə göndərdiyi silahlar olsa da, rus silahını «metallom»a çevirdi. İllərcə dünyanı öz güc feykiylə qorxudan Rusiyadan, bu gün Ermənistanın da qorxusu qalmayıb. Bu uğura gedən yol isə Ukraynada deyil, Qarabağdan başladı. ABŞ-ın «Azadlıq» radiosu da bir yayında Ukrayna ordusunun günlərlə Azərbaycan Ordusunun taktikasını öyrəndiyini bildirmişdi. Yəni Rusiya Türkiyə dəstəkli Azərbaycana qarşı müharibənin başlamasına heç cür razı ola bilməz. Burada onun Xarkovun qisasını çıxmaq şansı sıfıra bərabərdir. Erməni politoloq Aleksandr İskəndəryan isə məsələni Azərbaycanın üzərinə atmağa çalışaraq deyib: «Bu, indi Brüsselə görə deyil, Xarkova görə baş verir. Bu barədə politoloq Aleksandr İskəndəryan “Power Factor” verilişində Ermənistanın News.am saytına qonaq olarkən bildirib.

O, izah edib ki, Böyük Avrasiyada baş verən hər şey, şübhəsiz ki, Ukraynada baş verənlərdən asılıdır.

Onun sözlərinə görə, Azərbaycan qırmızı xətləri araşdırır, kəskinləşmələrin sərhədlərini mümkün olduğu qədər araşdırır, mümkün qədər açıq gözlə baxır ki, əgər vəziyyət Rusiyanın postsovet məkanı regionunda rolu baxımından kəskin dəyişsə, o zaman nəyisə qoparmaq imkanı varsa, imza, yol, bəyanat şəklində güzəştlərə nail olsun.

“Bakının mövqeyi kifayət qədər başa düşüləndir, kifayət qədər sadədir və buna ciddi şəkildə qarşı çıxan heç bir şey yoxdur”, — deyə o bildirib.

İsgəndəryan əlavə edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra Azərbaycanın məqsədi hərbi qələbəni kağız üzərində təsbit etmək, Azərbaycanın əsas hissəsindən Türkiyəyə dəhliz yaratmaq və Laçındəhlizinə nəzarəti ələ keçirmək kimi erməni tərəflərindən maksimum güzəştə nail olmaqdır.

“Üçüncü məqsədə demək olar ki, tam nail olunub. Bu taktika ondan ibarətdir ki, Qarabağın olmaması ilə bağlı bəyanat formasında erməni tərəflərə təzyiq göstərməkdir. Bu, həm Azərbaycanın, həm də Ermənistanın informasiya sahəsinə yönəlib və uğurla həyata keçirilir.

Biz çoxdan «Artsaxı» yox, Süniki müdafiə edirik. Bu, informasiya fəaliyyətinin nəticəsidir. Ermənistana uyğun gələn və Bakının israr etdiyi formatlara qarşı da diplomatik iş aparılır.

Bundan əlavə, eskalasiya şəklində yerə təzyiq var. Bakının belə siyasət yürütməməsi üçün heç bir səbəb görmürəm”, — ekspert əlavə edib».

Azərbaycanı təmsil edən və özlərini politoloq, ekspert, analitik elan edənlərdən fərqli bir mövqeni erməni İsgəndəryan ortaya qoyub. Düzünü demək lazımdırsa, bizimkilərin proqnozları, əsasən qeybət və ehtimallar üzərində qurulduğu ortadadır. Hazırki durumda Rusiyanın arxasına sığındığı nüans Ermənistandakı 102-ci hərbi bazası və qanunsuz şəkildə «sülməramlı» adıyla Qarabağa soxuşdurduğu hərbi kontingent və zamanında yaratdığı qondarma «artsax müdafiə ordusu» adlı quldur yığnağının tör-töküntüləridir. Bu gün də Azərbaycan ərazisində bu terrorçu ünsürləri, məhz Rusiya təmin edir və maliyyələşdirir. Bu barədə analitik yazını yaxınlarda sizlərə təqdim edəcəyəm. Bircə faktı xatırladım ki, N. Paşinyan Qarabağda Ermənistan əsgərinin olmamasını rəsmən elan edib. Hətta Paşinyan bildirib ki, «Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatçısı Ermənistan deyil», yaxud «sülhdə Rusiyanın rolu əvəzsizdir, mən nə qərbpərəstəm, nə də ruspərəstəm» deyən Paşinyanın bu açıqlamaları daha çox Rusiyanı razı salmaq və Rusiyadan qurtulmaq üçün Qarabağı qurban vermək cəhdi kimi qiymətləndirilir. Rusiyanın bölgəmizdəki qanunsuz ordu birləşməsinin komandanı əyyaş rus generalı A.Volkov isə, artıq postlarda sahibsiz qalmış bu qanunsuz erməni quldurlarının tör-töküntüsündən olan terrorçularla birgə iş qurmaqdadır…

Rusiyanın və İranın bu döyüşlərdə Azərbaycanın Qərblə yaxınlaşmasının qarşısını almaq üçün və xüsusilə Avropada neft və qaz satışı ilə bağlı rəqabətinə görə bu döyüşləri qızışdırmaqda əlləri ola bilərmi? Bu versiya da inandırıcı görünmür. Onsuz da İran və Rusiyaya sanksiyalar altındadır və bölgədə Azərbaycanın neytrallığından hər iki ölkə qismən yararlanırlar. Deməli, bu versiya az inandırıcıdır və Rusiya öz ətrafındakı sanksiya və qeyri stabillik dairəsini daralda bilməz.

Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini ermənidən çox erməni olan Konstantin Zatulin “Danışır Moskva” radiostansiyasına müsahibəsində bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında diplomatiya yolu ilə sülh əldə etməyə çalışır. İndi bunu etmək asan deyil, çünki Bakının arxasında Türkiyə dayanır. Bu ermənipərəst deputat bildirib ki, Rusiya hərbi əməliyyatlara müdaxilə etməkdən uzaqdır, lakin Azərbaycanı “sakitləşdirməlidir”. “Sülhməramlı qüvvələr güc tətbiqidir. Artıq Qarabağ ərazisində sülhməramlılar mövcuddur. Düşünürəm ki, Rusiya bilavasitə müdaxilə etmək və hansısa hərbi əməliyyatlara başlamaq lazım olan situasiyadan qaçmaq üçün əlindən gələni edəcək. Sadəcə olaraq, Rusiya Azərbaycanın sakit davranışını təmin etməlidir. Amma Türkiyənin Azərbaycanın arxasında dayandığı bir şəraitdə buna nail olmaq çətindir. Rusiya diplomatik yolla sülh müqaviləsinə doğru irəliləyiş əldə etməyə çalışır”.

Baş verən hərbi-siyasi durum və Rusiyanın düşdüyü vəziyyət onun bu döyüşlərdə əli olmadığına işarət edir. Digər bir tərəfdən isə «Bir yol, bir kəmər» layihəsi çərçivəsində Rusiyanın qarantiyası altında olan və onun platsdarmı hesab olunan Ermənistan Zəngəzur dəhlizinə qarşı çıxmaqla elə Rusiyaya qarşı çıxır. Bunun nə demək olduğunu analitiklər yaxşı bilirlər. Zəngəzur dəhlizinin açılması 10 Noyabr sazişiylə təsbitlənməsindən başqa bu, bir Rusiya öhdəliyidir.

Yekun olaraq deyə bilərəm ki, bölgədə baş verən döyüşlərin sifarişçisi Rusiya deyil. Bəs kimdir?

Avropa da qış öncəsi enerji daşıyıcılarını ötürən bir ölkədə müharibənin olmasına tərəfdar ola bilməz. Bu fakt və Avropa liderlərinin bəyanatları bunu deməyə əsas verir. Lakin eyni sözləri Rusiya faşistlərindən olan Kazimirovsayağı «problemin hərbi həlli yoxdur» (?!) iddiasını ortaya atan, Konqresmenlərinin bir tərəfli qaydada anti Azərbaycan çərənləmələri və hazırki Ağ Ev rəhbərliyinin israrla ATƏT Minsk Qrupunu diriltməyə can atan ABŞ haqqında deyə bilmərik.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmilərinin də daxil olduğu Amerika nümayəndə heyəti Ermənistanın paytaxtı İrəvana gözlənilməz səfər etməsi (iyul 2022-ci il) öncə gizlədildi və sonradan məlum oldu ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş direktoru Uilyam Börns bu nümayəndə heyətinin tərkibində olub. Daha öncə isə ABŞ-ın əlaltısı olan İran molla rejiminin Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin İrəvana səfər etmişdi. Çoxları İranın ABŞ əleyhidarı olduğunu düşünmələri yanlışdı.

Bu gün elə Zəngəzurla bağlı hər iki dövlətin mövqeyi qədər, bu məsələ də bəlli bir məsələdir. Ukraynada, Əfqanıstan və Suriyada da İran ABŞ əlaltısı kimi hərəkət etməkdədir. Uilyam Börns rus dilini, Rusiya və postsovet məkanını ABŞ-ın Rusiyadakı səfiri olduğuna görə yaxşı bilir. MKİ-nin baş direktoru Qafqazı da yaxşı tanıyır, bölgədə baş verənlərdən xəbərdardır və xüsusulə də Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın rolu ilə bağlı ətraflı bilgilərə malikdir. Obamanın prezidentliyinin ikinci dönəmində dövlət katibinin müavini vəzifəsini daşıyıb. Börns, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən ilk peşəkar diplomatdır. Paşinyan və Börns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparmaları rəsmi məlumatlarda verildi. Uliyam Börns Qafqaza bağlı Tiflis və Bakıya səfər etmədən yalnız İrəvana getməklə kifayətlənməsi, bir çox qaranlıq məqamlara işıq salmaqdadır. Ermənistanın məhz bu səfərdən sonra tövr dəyişməsi aşkar hiss olunmağa başladı. Bölgədə yeni regional konfiqurasiya yaratmaq üçün təxribatlara yol verilməyə başlandı. Digər bir tərəfdən isə Bayden Administrasiyası aşkar şəkildə sözügedən region ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasında maraqlı deyil. 3+3 formatının da əleyhinə olmasını da gizlətmir.

ABŞ-ı narahat edən məsələlərdən biri də Türkiyə-Rusiya yaxınlaşması, Zəngəzir dəhlizi və bölgə dövlətlərinin bilavasitə iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan, kənar müdaxilələrə qapalı olan yol layihələrdir. Vaşinqton regionda formalaşacaq yeni konfiqurasiyanın əleyhinədir və bunu öz təsir imkanlarına təhdid hesab edir. Xüsusiylə də Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda maneə yaratmaq üçün zəif bənd kimi Ermənistanı seçdiyi görünəndir.

ABŞ Qafqazda yeri olmayacağını anlayır və maksimum bu durumdan qurtulmaq üçün erməni axmaqlığından və satqınlığından yararlanmağa çalışır. Elə indiki prezident Bayden və tərəfdarlarının işğala məruz qalmış Azərbaycana qarşı ədalətsiz 907-ci düzəliş qəbul etməsini xalqımız unutmayıb. Bu gün də erməni təxribatının ilk saatlarında ABŞ müdafiəyə məcbur qalan Azərbaycanı ittiham etməsi, o demək idi ki, qoyun ermənilər sizi öldürsün, siz sakit dayanın. Eynən hadisələrin ilk dövründə Sovet dövləti və Rusiyada olduğu kimi siyasi əxlaqa sığmayan bir münasibət sərgilədi.

Unutmaq olmaz ki, bu gün üzləşdiyimiz bu problemin tarixən yaradıcılarından biri, məhz ABŞ dövlətidir. Xatırladım ki, haylara məxsus tarixdə ilk Ararat respublikası 1918-ci ildə ABŞ mandatıyla yaradılıb. 19-26 aprel 1920-ci ildə San-Remo şəhərində (İtaliya) Antanta Dövlətlərinin Ali Şurasının qərarıyla Ermənistan üzərində mandatı qəbul edən ABŞ prezidenti Vudro Vilson bir xəritə cızıb ermənilərin əllərinə verdi, bu xəritə onların olmayan ağıllarını əllərindən aldı və 100 ildən artıqdır ki, bölgədə dinclik pozuldu. Xatırlatmaq üçün bildirim ki, əsassız erməni iddialarına rəvac verən bu addıma 1920-ci il noyabrın 22-də ABŞ prezidenti Vudro Vilson Ermənistan və Türkiyə sərhədi ilə bağlı ABŞ dövlət möhürü ilə Arbitraj qərarını imzalayıb təsdiq etməsi rəvac verib. Yəni 1920-ci il noyabrın 22-dən Arbitraj qərarı qüvvəyə mindi. Həmin gündən etibarən keçmiş Osmanlı İmperatorluğunun bir hissəsini təşkil edən Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinə (103.599 kv. km) münasibətdə türklərin hüquq və imtiyazları ləğv edildi və Ermənistan Respublikasının ərazisi olaraq de-yure tanındı. Sevr müqaviləsi Osmanlı Türkiyə hökuməti tərəfindən müttəfiqlərin işğalı altında olan İstanbulda bu sənəd imzalansa da, Ankaradakı Türkiyə Milli Məclisi onu ratifikasiya etməkdən imtina etdi».

ABŞ prezidentinin o zaman atdığı addım o qədər səviyyəsiz və əsassız idi ki, General Harbord buna etiraz edərək ərazilərin erməni əhalisinə görə bölüşdürülməsinin əleyhinə çıxış etdi, çünki bu, icmalararası toqquşmalara səbəb ola bilərdi. Şərqi Anadoluda ermənilərin əhalinin əksəriyyətini təşkil etmədiyini, əksinə, ermənilərin geri qaytarılması halında çoxluq təşkil edə biləcəyinə diqqət çəkmişdi. Bu tarixi erməni xəstəliyidir. Bu gün çox yox, cəmi mincə nəfər yaşayan hər bir milyonçu şəhəri ermənilər «böyük Ermənistanın» Tiqran tərəfindən salınmış şəhəri hesab edə bilərlər. Üstəlik, bu şəhərin hay tarixini də təqdim edərlər.

Bu gün baş vermiş erməni təxribatı və bu döyüşlərdə ABŞ-ın silueti və izləri aşkar görünür.

Birincisi, ABŞ Qafqaza can atsa da, hazırda Gürcüstanı belə əldən vermiş durumdadır. İkincisi, Yaxın Şərqdə terrora dəstək verməklə öz xislətini bütün xalqlara bəyan elədi. Üçüncüsü, Avropanı cəzalandırmaq və tam asılı vəziyyətə salmaq üçün Azərbaycandan gedən enerji daşıyıcıları xətləri ətrafında müharibə ocaqları yaratmaq və Ukraynadakı kimi bu xətləri də sıradan çıxarmaq istəyi ortadadır. Hazırda Ukrayna ABŞ-dan qaz almaq üçün danışıqlar aparır. ABŞ Avropanın enerji təminatını tam ələ keçirmək niyyətindədir. Bunu qərbli analitiklər dəfələrlə şərh ediblər. Dördüncüsü isə qucağa öyrəşmiş Ermənistanın, Rusiyanın çöküşünü hiss etdiyinə görə ABŞ onu qucağına almaq istəyir. Beşincisi, ABŞ Ukraynada Rusiyanın məğlubiyyətini tezləşdirmək üçün erməni axmaqlığından yararlanmaq və öz siyasi xəttinə uyğun problem yaratmaqla hər iki respublikanı öz təsir dairəsinə almağa çalışdığı ortadadır. Bunu görmək üçün siyasi şərhçi olmağa belə ehtiyac yoxdur.

Ermənistanın hücumu başladığı gündə erməni KİV-lərinin yaydığı yazı başlıqlarına diqqət etsək maraqlı tərəfin, daha doğrusu sifarişçinin kim olduğunu görə bilərik. Bu gün proseslər əsasən informasiya vasitələri və sosial şəbəkələr üzərindən izlənməklə şərh edilir və belə analitik təhlillər əsasən 90 faiz həqiqətə yaxın olur.

Erməni KİV-lərində gedən məqalə başlıqlarına diqqət edək: «ABŞ dövlət katibi Azərbaycan prezidentini hərbi əməliyyatları dayandırmağa çağırıb», «Bob Menendez: ABŞ Azərbaycana bütün təhlükəsizlik yardımlarını dərhal dayandırmalıdır», «Frank Pallone: ​​Əliyev aqressiyasını dərhal dayandırmalıdır», «Konqresmen Cim Kosta: Azərbaycan cavabdeh olmalıdır», «Blinken Paşinyanla söhbətində Vaşinqtonun vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu bildirib», «Konqresvumen Jackie Speer: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum edib», «Konqresmen David Valadao: Azərbaycan qüvvələrinin təcavüzünün davam etməsi qəbuledilməzdir», «Konqresmen David Valadao: Azərbaycan qüvvələrinin təcavüzünün davam etməsi qəbuledilməzdir», «Konqressmen Şiff: ABŞ Azərbaycana bütün yardımları dayandırmalıdır», «19fortyfive: «Əliyev hesab edir ki, o, Blinkendən üstün ola və onu üstələyə bilər», «ABŞ-ın ATƏT-dəki səfiri: Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur; diplomatiya qalib gəlməlidir», «ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıya gəlib», «Adam Şiff Azərbaycanın Ermənistana təcavüzünü pisləyən qətnamə təqdim edib» və s.

Son olaraq ermənilərin yaydığı bir məlumatın detallarına diqqət etsək görərik ki, ABŞ-ın məkrli oyununu təsdiq etmiş olarıq. Bildirilir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu həftə sonu ölkəyə dəstək göstərmək üçün Ermənistana səfər edəcək.

Pelosini Palata üzvü Ceki Speyer müşayiət edəcək. Onun Baş nazir Nikol Paşinyan, eləcə də digər hökumət rəsmiləri ilə görüşü gözlənilir.

Qarşıdan gələn səfərlə bağlı suala spikerin aparat rəhbərinin müavini Drew Hammill deyib: “Biz təhlükəsizlik protokollarına görə beynəlxalq səyahət məlumatlarını əvvəlcədən təsdiq və ya təkzib etmirik”.

Amerika Erməni Assambleyasının həmsədri Entoni Barsamyan Pelosinin səfərinə münasibət bildirərək deyib: “Ermənistan Ukrayna qədər diqqət çəkməyib və bu, beynəlxalq hüququ pozaraq beynəlxalq sərhədi keçən bir ölkənin əsl üzünü göstərəcək”.

Rusiyanın son münasibəti isə RF Prezidentinin köməkçisi Maksim Oreşkinin ermənilərə açıq mətnlə xəbərdarlıq etməsi sayıla bilər. O deyib: “Azərbaycan öz təhlükəsizliyini qorumağa başlayanda, ermənilər hər oyundan çıxırlar. Özləri birinci başlayırlar, sonra ondan-bundan yardım istəyirlər. Azərbaycan Cənubi Qafqazın açar dövlətidir və bu düzgündür. Biz Azərbaycanla münasibətləri sizə görə pozmayacağıq.

Ağlınızı başınıza yığın və yola gəlin. Nə qərb, nə də başqası sizə kömək edən deyil!” Hətta Roma Papası Fransisk də, Ermənistanla Azərbaycan arasında son gərginlik Rusiyanın sayəsində aradan qaldırıldığını deyib. Yəni bu münaqişə Rusiya maraqlarına uyğun deyildi. ABŞ isə Qafqazda xaos yaratmağa çalışır.

Məncə qaranlıq qalmadı. Bircə əlavəm var. Tramp ABŞ-ın dövlət imicini Kardaşyan səviyyəsinə, Bayden isə ondan daha aşağı salaraq erməni lobbisinin oyuncağına çevirib…

Bu xəbəri paylaşın: