«Pakistan xalqı öz qardaşları ilə həmrəydir» — Şahbaz Şərif

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə o, twitter hesabında yazıb:

“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik.

Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, – Baş nazir qeyd edib.

Bu xəbəri paylaşın: