TƏBRİK: NİYAZİ QULİYEV — 59

      Yüкsək peşəкarlığı,hü manistliyi, sadəliyi,  vətənpərvərliyi  nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə seçilən ömrünün ən    məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində  Mərkəzi  Nəzarət Təftiş Komissiyasının sədri müharibə veteranı  Niyazi Quliyevin   sentyabr ayının  22- də  59  yaşı tamam olur.

       Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı Quliyev Niyazi Məmməd oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və   Fədai.az kollektiv təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Qoy Niyazinin yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər  bəxş etsin və hər  yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      Quliyev Niyazi Məmməd oğlu   1963  — cü ilin   Sentyabr ayının   22  — də  Naxçıvan Muxtar Respublikasında zəhmətkeş ailədə dünyaya göz açıb.

     1981 -ci  ildə    Naxçıvan Muxtar Respublikasının Kəngərli  rayonun  Böyükdüz  kənd orta məktəbi,  1995-ci  ildə  Azərbaycan Dövlət Neft və Sənayi institutunu bitrib.

1981- 1983 — cü illərdə Sovet Ordusunda müddətli  həqiqi hərbi xidmətə olub.

1984- 1990- cu illərdə  Elektro Term  zavodunda  və Bakı  təmir tikinti idarəsində         mühəndis  və   Baş  mühəndis  vəzifələrində çalışıb.

     1991- 1993- cü illərdə   könülü olaraq  Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək,  ona həvalə edilmiş vəzifə və tapşırıqların   öhdəsindən layiqincə gəlmişdir.  Müharibə Veteranıdır.

      Niyazi Quliyev 2004 — cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində  Mərkəzi Nəzarət -Təftiş   Komissiyasının   sədri vəzifəsini  layiqincə yerinə yetirir.

      İş yoldaşları və döyüşçülər onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş bir insan kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, çalışdığı mühitdə,    istərsə də  dost — tanış , qohum — əqraba, müharibə  veteranları arasında özünə böyük hörmət qazanıb.

   Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna  görə Azərbaycan Ordusunun Baş Qəqargah rəisinin,  xidmət etdiyi  korpus və hərbi hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədrinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin — amanlığın təmin edilməsində, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyində Mərkəzi Nəzarə-Təftiş komissiyasının sədri vəzifəsini yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

-“Böyük Zəfər “ medalı ilə;

— “Müharibə Veteranı “ medalı ilə;

— “Azərbaycan Veteranlar İctimai Birliyin” yaranmasının ( 1994-2019) 25 illiyi yubiley medalı ilə;

-Silahlı Qüvvələrin  yaranmasının » ( 1918-2018) 100 illiyi medalı ilə;

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, Niyazi bəy!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: