Yazıçı-tədqiqatçı, publisist, “Qızıl qələm” və Beynəlxalq Dünya və Qran-Pri mükafatı laureatı, Ədəbiyyat üzrə Prezident təqaüdçüsü olmuş, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, “Coğrafiya” və “Təhsil” Cəmiyyətlərinin üzvü, müharibə veteranı, AVMVİB üzvü Ramiz Dəniz (Qasımov), 40 ildir coğrafi kəşflər tarixini tədqiq edir və eyni zamanda həm bədii ədəbiyyatın bir neçə janrında, həm də elmi əsərlər yazır. Əsərləri Paris, London, Nyu-York, Praqa, Madrid, Moskva, Pekin, Tokio, Madrid və bir çox şəhərlərdəki kitabxanaların fonduna düşübdür.
451 kitabı Avropanın “AV Akademikerverlag”, «Verlag Unser Wissen», “Lap Lambert publishing”, “Novas Edições Acadêmicas”, «Edições Nosso Conhecimento», “Qlobe Edit”, “Editions universitaires europeennes”, «Editions Notre Savoir», “Edizioni Accademiche Italiane”, «Edizioni Sapienza», «Sciencia Scripts», “Palmarium Academic Publishing”, «Wydawnictwo Nasza Wiedza», “Wydawnictwo Bezkresy Wiedzy”, «Edições Nosso Conhecimento», «Sciencia Scripts», «JustFiction Edition», «Scholars’ Press», «Our Knowledge Publishing», «Ediciones Nuestro Conocimiento», “Editorial Akademica Espanola” (Uruqvay) nəşriyyatlarında rus, ingilis, alman, ispan, italyan, fransız, portuqal, polyak və holland dillərində çap olunub və onların əksəriyyəti 22 iri reklam şirkəti tərəfindən amazon.com, amazon.co.jp, amazon.co.uk, amazon.sg, amazon.com.br, amazon.com.tr, amazon.fr, amazon.ae, amazon.es, amazon.it, amazon.de, amazon.com.au, booklooker.de, morebooks.shop/ru, americanas.com.br, zvab.com, submarino.com.br, shoptime.com.br, euro-book.co.uk, manz.at, weltbild.at, weltbild.ch, exlibris.ch, libristo.ro, hugendubel.de, lap-publishing.com, adlibris.com, savemoney.es/de, langer-blomqvist.de, knigozal.com/store/gb/book, glavkniga.su, bookdepository.com və digərlərində bir çox xarici ölkələrdə yayımlanır.

Bildirək ki, 2020-ci ildə Beynəlmiləl Dünya Yazıçılar İttifaqının təsis etdiyi Beynəlxalq Dünya Mükafatına 3 nominasiya (https://www.trend.az/life/culture/3355563.html) üzrə və 2021-ci ildə Beynəlxalq Dünya Mükafatının Qran-Pri laureatı https://e.mail.ru/inbox/0:16196453581847787635:0/ qalibi olub. Beynəlxalq kino industriyası üçün 4 əsər yazıb. Onlardan birinə İsveçdə maraq göstərilmişdi.
15 iyun 2021-ci ildə Rusiya Federasiyasının subyekti Çeçeçnistan Respublikasında keçirilən X Beynəlxalq Jurnalist “Qızıl qələm” mükafatına Fəxri qonaq kimi dəvət olunmuş və nazir Axmet Dudayev tərəfindən Təşəkkür məktubu alıb.
Beynəlxalq Azərbaycan jurnalı “İrs” (3) və AMEA-nın H. Əliyev adına Coğrafiya insitutunun “Coğrafiya və təbii resurslar” adlı elmi jurnalında (4 elmi məqalə), o cümlədən Rusiya Coğrafiya Cəmiyyəti və Lev Qumilyov adına Mərkəzin saytlarında elmi məqalələrim yerləşdirilibdir. Digər saytları nəzərə almasaq, müxtəlif dillərdəki 148 məqaləsi “Coğrafiya” Cəmiyyətinin və 70-dən çoxu “Aqra” EİDİB-in saytlarında dərc edilibdir.
Zəngin tarixi, o cümlədən indiyə qədər heç bir elmi mənbədə göstərilməyən bəzi sensassion faktlarla bol olan materiallar şübhəsiz ki, dünya alimlərinin marağına səbəb olacaq və bu kəşflərə xüsusi önəm veriləcək. Həm Amerika qitəsinin, həm də ayrılıqda Braziliyanın kəşfi coğrafi kəşflər tarixi istiqamətində ən çox tədqiq olunan sahədir və bu mövzunun daha dərindən tədqiq olunması üçün adı çəkilən əsərlər əlverişli mənbə sayılacaq.
Amerika qitəsinin, ayrılıqda Braziliyanın kəşfi, Nəsirəddin Tusinin elmi yaradıcılığı, Ameriqo Vespuççinin şübhəli məktubları və olmayan səyahətlərdəki nailiyyətləri, Dördüncü qitəyə Amerika adının verilməsi, Xristofor Kolumbun qaranlıq görünən fəaliyyəti, Türk admiralı Piri Rəisin sensassion xəritəsi ilə bağlı ortaya bir neçə maraqlı sual çıxır və onların cavabları nəinki coğrafiya-tarixi, ümumiyyətlə bu sahəyə diqqət yetirən hər bir kəsi maraqlandıra bilər.
Dövrü mətbuatda (“Kredo”, “Vışka”, “Həqiqət naminə”, “Açıq söz”, “Bakı-Ceyhan”, “Təzadlar”, “Fədai” və başqa qəzetlərdə) ədəbiyyat, elm, publisistika ilə bağlı yazılarla çıxış edir, 2005-ci ildə “Qızıl qələm” mükafatı laureatı, 2009-cu ildə Ədəbiyyat üzrə Prezident təqaüdçüsü, 2005-ci ildə “Uzaq sahillərdə” beynəlxalq ictimai-publistik jurnalının redaktoru, 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVİB) İdarə Heyətinin, 2001-ci ildə Yeni Azərbaycan Partiyasının, 2003-cü ildə “Təhsil” və 2013-cü ildə “Coğrafiya” Cəmiyyətlərinin və 2012-ci ildə AQRA Elmin İnkişafına Dəstək İctimai Birliyinin üzvüdür.
Ədəbi yazılarla yanaşı erkən və orta əsrlər coğrafi kəşflər və Azərbaycan mədəniyyəti tarixinin tədqiqatı ilə məşğuldur. Ailəlidir, üç övladı var.
5 aprel 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sabiq sədri yazıçı-publisist Altay Məmmədovun aparıcılığı ilə “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” əsərinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə iştirak edən coğrafiya elmləri doktoru professor Nizaməddin Allahverdiyev, Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, elmi araşdırıcı Elman Əliyev və başqa natiqlər əsərlə bağlı öz fikirlərini bildirmişdilər.
28 iyun 2002-cü ildə “Təhsil” Cəmiyyətində alimlər, təhsil işçiləri və ictimaiyyətin iştirakı ilə dahi Azərbaycan alimi N.Tusinin 800 illik yubileyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi yazıçı-tədqiqatçı Ramiz Qasımov yaradıcılığında” elmi-praktik konfrans keçirilmişdir. Konfransın aparıcısı “Təhsil” Cəmiyyətinin sədri dosent Nuğay Əliyev, akademiklər Maqsud Əliyev, Cəlal Allahverdiyev, AMEA-nın müxbir üzvü, AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, professorlar Eybali Mehrəliyev, Əjdər Ağayev, Rəhim Hüseynov, Nizaməddin Allahverdiyev, Vidadi Bəşirov tədbirdə çıxış edərək, əsərin mahiyyəti barəsində öz fikirlərini söyləmiş və xüsusilə də bildirmişdilər ki, dünya alimlərinin nəzərinə çatdırmaq üçün həmin tədqiqat işinin tərcümə edilməsi vacibdir.
Konfrans iştirakçılarının müraciətindəki bir abzasda qeyd edilir ki: Gənc yazıçı Ramiz Qasımovun axtarışları və tədqiqatları əsasında mühüm bir məsələ — X. Kolumbun Amerika qitəsini kəşfində N. Tusinin koordinatlar sistemi və xəritəsindən istifadə etməsi barədə dəlilləri böyük maraq doğurur. Atıq müəllif birdəfəlik sübut edib ki, X. Kolumb özünün transatlantik səyahətinə yola düşməmiş əvvəlcədən Tusinin sayəsində Amerika qitəsinin varlığından xəbərdar idi.
5.03.2014-cü ildə AMEA-nın Coğrafiya institutunda yazdığım “Braziliyanın müəmmalı kəşfi”, “Xristofor Kollumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” və “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” əsərlərinin təqdimat mərasimi keçirilmişdir.
Təqdimatın videosu və ümumiyyətlə, onun fəaliyyəti barədə bir çox məlumatlar, kitablarım http://www.aqra.az/ ovraqında işıqlandırılır.
1 oktyabr 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, şair, tənqidçi, elm və ictimai xadimlərinin iştirakı ilə, SOKAR-ın maliyyə dəstəyi ilə çap edilmiş ədəbiyyat üzrə Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı yazıçı-tədqiqatçı, publisist Ramiz Dənizin 16 kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi ədəbiyyatşünas-şair İlqar Fəhmi, müəllifin ilk əsərinə rəy yazan, sonrakı kitablarında ön söz və rəy yazmış, məsləhətçisi olmuş və onun yaradıcılığına dəstək verən Azərbaycan Yazıçılar Birliyinin katibi xalq yazıçısı Çingiz Abdullayevə söz verilib. Siyasi dedektiv əsərlər ustası Ç. Abdullayev R. Dəniz haqqında çox maraqlı məlumatlar vermiş və yazılan əsərlərin Qərbi Avropa və Latın Amerikası ölkələrinin tarixindən bəhs etdiyini, bizə yad olan janr üslubundan iştirakçıların diqqətinə çatdırdı.
Tədbirin aparıçısı şair, publisist Əlirza bəy Xələfli R. Dənizin ədəbi həyatına ekskurs etmiş, onun yaddaqalan məqalələrinin, müəllifin ilk müsahibəsini “Kredo” qəzetində çap edildiyindən söz açdı.
Tədbirdə iştirak edən AMEA-nın Coğrafiya institutunun direktoru akademik Ramiz Məmmədov R. Dənizin coğrafi-kəşflər tarixi ilə bağlı iki elmi-tədqiqat əsərinə ön söz yazdığını, onun məqalələrinin Rusiya Coğrafiya Cəmiyyətinə təqdim etdiyini və bu işdə müəllifə dəstək verdiyini xüsusilə diqqətə çatdırdı.
Ondan sonra SOKAR-nın nümayəndəsi Vüqar Eyvazov, Heydər Əliyev adına BNEZ-in həmkarlar ittifaqının sədri Nəbi müəllim, YAP-ın sədri Samir Əhmədov, “Xalq” qəzetinin müxbiri Tahir Aydınoğlu, AqRa Elmin İnkişafına Dəstək İctimai Birliyinin idarə heyətinin sədri Mirələkbər Seyidov R. Dənizin ədəbi-elmi, araşdırmaları və neftayırma müəssisəsindəki fəaliyyətindən geniş söz açaraq, onun istedadına dəstək verilməsini vurğuladılar. M. Seyidov bildirdi ki, müəllifin məqalələri “Aqra” saytı vasitəsilə bir çox ölkələrə yayılaraq, oradakı əcnəbi oxucuların diqqətinə çatdırılır.
Bakıda 11 dildə çıxan Beynəlxalq Azərbaycan jurnalı “İrs” və AMEA-nın akademik H. Əliyev adına Coğrafiya insitutunun təsis etdiyi “Coğrafiya və təbii resurslar” adlı elmi jurnalında (3 elmi məqalə), zxur.ru, vseprokosmos.ru, muslim-info.com, arab.com.ua, brasilero.ru, o cümlədən Rusiya Coğrafiya Cəmiyyəti və Lev Qumilyov adına Mərkəzin saytlarında R.Dənizin elmi məqalələri yerləşdirilibdir. Bundan əlavə onun Azərbaycan, rus, ingilis, ispan və italyan dillərində elmi məqalələri “Coğrafiya” (ayrılmış xüsusi bloqda 148) və “Aqra” (70-dən çox) Elmin İnkişafına Dəstək İctimai Birliyinin və 20-yə yaxın ölkənin saytları vasitəsilə ictimaiyyətə təqdim olunubdur.
Ramiz Dəniz 2020-ci ilin payızında Qarabağda qəhrəmanlıq salnaməsini, II cilddə — “Vandalların məhv edilməsi” bədii-tarixi romanlarda əks etdirib. İndiki və gələcək nəsil üçün yazılan əsərlər bütün sahələrdə çalışanlar, o cümlədən məktəbli, tələbə, hərbçi, polis, pedaqoji və elm xadimləri üçün yazılmış ədəbi nümunədir. Ona görə ki, sıravi əsgərdən tutmuş Ordu komandanlarına kimi, dövlət məmurlarının, xüsusən də Vətən müharibəsini qalibiyyətlə başa çatdırmış Prezident İlham Əliyevin fəaliyyəti, Qarabağdakı əsas yaşayış məntəqələrinin necə işğaldan azad edilməsi, önəmli döyüş əməliyyatları, erməni hərbi qruplaşmalarının lokallaşdırılması əsərlərdə öz əksini tapıbdır.
Siyasi, dövlət və ictimai xadimlərinin tarixi şəxsiyyət kimi bədii əsərdə göstərilməsi, ədəbiyyatın ən ağır janrlarından biri sayılır və bununla bağlı çox möhtəşəm bədii film çəkmək olar.