Ukrayna İran səfirini ölkədən qovdu

Sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı İran Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.

Bu barədə Ukrayna XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, İran tərəfinə Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadəsi üçün Rusiyaya İran silahlarının tədarükü İranın ali rəhbərliyinin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa zidd olduğu bildirilib:  

«Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü İranla münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir. Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, — məlumatda qeyd olunub.

Bu xəbəri paylaşın: