Ukrayna ordusu İran istehsalı kamikadze dronu zərərsizləşdirib

Rusiya Ukraynanın Odessa şəhərinə kamikadze dronlarından istifadə etməklə zərbələr endirib.

APA BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusunun «Cənub» əməliyyat komandanlığı yayıb.

Bildirilib ki, kamikadze dronları şəhərə Qara dənizdən buraxılıb.

Qeyd olunub ki, zərbə nəticəsində 1 nəfər həlak olub, bundan başqa iki dron liman ərazisindəki inzibati binaya çırpılaraq yanğın törədib.

Məlumatda qeyd olunub ki, Ukrayna HHM qüvvələri bir ədəd İran istehsalı «Şahed-136» kamikadze dronunu dəniz üzərində vuraraq zərərsizləşdirib.

Kiyevin məlumatına görə, sözügedən dronları İrandan əldə edən Rusiya onu «Geran-2» adlandıraraq Ukraynadakı müharibədə istifadə edir.

Bu xəbəri paylaşın: