AVMVİB-də yeni təyinat

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLAR İCTİMAİ  BİRLİYİ (AVMVİB) SABUNÇU RAYON ŞOBƏSİNƏ YENİ SƏDR TƏYİN OLUNDU.  

Müharibə veteranı Ramiz Musayev Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin əmriylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsiə sədr təyin edildi.

AVMVİB sədri Füzuli Rzaquliyev Ramiz Musayevi təbrik edərək, gələcək fəaliyyətində, xüsusən Sabunçu rayonunda müharibə veteranlarının ictimai fəaliyyətinin təşkilində öz bilik və bacarığından istifadə edəcək. Rayon şöbəsinin fəaliyyətinin dirçəlməsinə öz töhfəsini verəcək.

Mərasimdə Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, Natiq Həsənov, NTK sədri Niyazi Quliyev və AVMVİB sədrinin müşaviri Hamlet Gülməmmədov iştirak ediblər.

Ramiz Musayev göstərilən etimada görə AVMVİB sədri Füzuli Rzaquliyevə və AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirib və öz işiylə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: