İran rəsmi Kiyevin İranla diplomatik münasibətləri azaltmaq qərarına TƏƏSSÜFLƏNİR

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün bəyan edib ki, İran İslam Respublikası Kiyevin Tehranla diplomatik əlaqələrin səviyyəsini azaltmaq qərarına görə çox təəssüfləndiyini bildirib.

İranlı diplomat Kiyevi “İran və Ukrayna arasında ikitərəfli münasibətlərə xələl gətirməyə çalışan üçüncü ölkələrin təsirindən çəkinməyə” çağırıb.

Dünən rəsmi Kiyev İranla münasibətlərin səviyyəsinin aşağı salınması, xüsusən də səfir Manuçehr Moradinin Ukrayna ərazisində işləmək üçün etimadnaməsindən məhrum edilməsi, həmçinin İranın Kiyevdəki səfirliyinin işçilərinin sayının azaldılması tələbini açıqlayıb. Ukrayna tərəfinin fikrincə, buna səbəb Rusiyanın hərbi əməliyyatlar zamanı İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməsidir. İlk belə sübut olunmuş hal cümə günü İran istehsalı olan «Şahhed 129» pilotsuz təyyarəsinin Odessa limanını vurması ilə qeydə alınıb.

Ukrayna prezidenti Voladimir Zelenski dünən İranın dronlarını Rusiyaya satılmasını şərh edərkən deyib: “İran şərlə əməkdaşlıq edir”.

İSMAYIL TANRVERDi

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: