27 sentyabr Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqının hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi bir gündür.
Azərbaycan ərazisindəki Osmanlı Türkiyəsi Qafqaz İslam Ordusunun Azərbaycan Demokratik Respublikasının yeni yaranmaqda olan milli ordu hissələri ilə birlikdə Bakı və ətraf rayonları erməni-bolşevik işğalından azad etmələri də tariximizin şanlı səhifələrindəndir.



Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmriylə müşavir təyin edilmiş Hamlet Gülməmmədov Şamaxı rayonu Acıdərədə 130 türk şəhidinin şərəfinə ucaldılmış «Türk şəhidliyi» abidəsini ziyarət edib. Şəhidin ruhuna dualar oxunub.
Xatırladaq ki, H. Gülməmmədov, həm də Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Xocavənd şöbəsinin sədridir.
E. Səlim


