Şəhidlər Ölməzlər, Əbədi Yaşarlar!

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin üzvü olan müharibə veteranları 1-ci Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant Abbasov Mais Qurbanəli oğlunun Anım mərasimində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev məlumat verib.

Saleh Dostiyev bildirib ki, Anım mərasimində Lənkəran rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov, digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər. Şəhidin anası Zahirə anamızla görüşüb, anamıza Allahdan səbr dilədik. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə bir daha Azərbaycan Ordusu və xalqı sübut etdi ki, Qarabağ Azərbaycandır!

Şəhidlərimizin qisası alındı, onların qanları yerdə qalmadı. Şəhidlərin ruhu qarşısında baş əyirik.

Şəhidlər Ölməzlər, Əbədi Yaşarlar!

Bu xəbəri paylaşın: