Abşeron rayonu Mehdiabad qəsəbəsində 27 Sentyabr Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsinə həsr olunmuş «Mehdiabad şəhidləri» Abidə kompleksinin açılışı olub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.


AVMVİB Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov bildirdi ki, açılışda Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyev də iştirak edib. Qarabağ Müharibəsi bizim qürur, şanlı tariximizdir. Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər nəsildən-nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaq. Silahlı Qüvvələrimiz 44 gün ərzində, güclü mövqelərə, çoxsaylı müasir texnikaya malik, illərlə təlim görmüş düşmən ordusunu darmadağın edərək, 30 illik ağır işğalın intiqamını aldı. Bu yolda öz canlarından keçmiş şəhidlərimizi unutmamalıyıq. Onların adları əbədiləşdirilməlidir. Biz də müharibə veteranı olaraq öz imkanlarımız daxilində bu abidəni ortaya çıxardıq. Şəhidlərimizin adını əbədiləşdirdik.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur


