Balakən rayonunun müharibə veteranları 23 Sentyabr Anım Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin təşkilatı işlər üzrə müavini Aydın Abdullayev məlumat verib.
AVMVİB Balakən rayon şöbəsinin üzvləri olan müharibə veteranları şəhidlərimizi yad etmiş, onların ruhuna dualar oxumuşlar. Müharibə veteranları şəhidlərin adını əbədiləşdirmək üçün ağac əkmişlər.
Allah şəhidlərimizə rəhmət eləsin!

