Şəkili veteranlar Anım Günü tədbirlərində iştirak ediblər

Şəki rayonunun müharibə veteranları 27 Sentyabr Anım Günü tədbirlərində iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.

Vüqar Əmirəhmədov bildirdi ki, müharibə veteranları şəhidlərimizi ziyarət etdikdən sonra Ali Baş Komandan haqqında qısa metrajlı filmə baxıblar. Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə can sağlığı arzulayıb, bütün şəhidlərimizə Allahdan rəhmət dilədik.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: