Dünyamalılar və Kəbirli kəndlərində 27 Sentyabr Anım Günü tədbiri keçirildi

Beyləqan rayonu Dünyamalılar və Kəbirli kəndlərində 27 Sentyabr Anım Günü tədbiri keçirildi.

Beyləqan rayonu Dünyamalılar kəndində şəhidləri anma mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları iştirak ediblər.

Şəhid məzarları ziyarət olunmuş və ruhlarına dualar oxunmuşdur.

Əlövsət Məmmədov bildirdi ki, Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Məhz bu qəhrəmanların sayəsində arzu etdiyimiz qələbəni əldə edə bildik. Bu gün onların qarşısında baş əyirik.

Kəbirli kəndində keçirilən tədbir barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədr müavini Məmməd Məmmədov məlumat verib.

Müharibə veteranları kənd sakinləri və şəhid ailələri ilə birlikdə şəhid məzarlarını ziyarət etmiş və onların adlarına verilən ehsan süfrələrinə qatılmışlar.

Beyləqan rayonu Kəbirli kəndi 27 Sentyabr şəhidlərimizin Anım günüdür. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizlə tanınır. Kəbirli kəndinin qəhrəman övladları Vətən torpaqlarının azad edilməsi uğrunda öz canlarından keçmişlər. Onları rəhmətlə anmalıyıq.

Allah onlara rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan

Bu xəbəri paylaşın: