Sabunçu rayonunda yaşayan müharibə veteranları 27 Sentyabr Anım Günü tədbirlərində iştirak ediblər. Şəhid məzarları ziyarət olunub, məzarlar üzərinə gül qoyulub və onların ruhuna dualar oxunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev məlumat verib.


Ramiz Musayev bildirib ki, 27 sentyabr 2020-ci il tarixi Azərbaycan Ordusunun azğın düşmənin layiqli cavabını verməyə başladığı gündür. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.


Həmin dövründə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu. Bu şərəfli yolda şəhidlərimiz və yaralanmış qazilərimiz oldu.
Allah qazilərimizə şəfa versin, şəhidlərimizə isə rəhmət eləsin!
E. Səlim

