Xocavənd rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında şəhid Qara Balakişiyevin məzarını ziyarət ediblər.
Tədbirdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin üzvləri və şəhidin yaxınları iştirak ediblər.


Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.
Hamlet Gülməmmədov bildirdi ki, bu tədbiri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə müharibə veteranları ilə birgə keçirdik. Şəhidin keçdiyi qəhrəman döyüş yolu xatırlandı, məzarı üstünə gül qoyuldu və dualar oxundu. Şəhidlər Xiyabanında uyuyan digər şəhidlərin də məzarları ziyarət olunaraq gül qoyuldu.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd




