Xocavənddə şəhid Zülfiqar Fərəcovun Anım mərasimi keçirilib

Xocavənd rayonunda müharibə veteranları və şəhid ailələri Şəhidlər Xiyabanında qəhrəman şəhid snayper Zülfiqar Müseyib oğlu Fərəcovun Anım mərasimi keçirilib.

Tədbirdə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin üzvləri və şəhidin yaxınları iştirak ediblər.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.

Hamlet Gülməmmədov bildirdi ki, şəhidin Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun rəhbərliyi ilə müharibə veteranları ilə birgə iştirak etdik.

Şəhidlik dinimizə görə ən yüksək mərtəbələrdən biridir.  Bu sıraya çatan cənnətlə  mükafatlandırılır.  dəyərlər üçün cəsarətlə mübarizə İslam iman insanların şərbət şəhid içmək tərəddüd heç Ona görə ki, onlar müqəddəs sayılır.  Biz şəhidlərimizin qanı ilə yuyulan bu torpaqda yaşayırıq.  Bu gün biz  bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin  sayəsindədir. Ona görə də şəhidlərimizi unutmamalıyıq.

Şəhid Zülfiqar Fərəcova ehsan süfrəsi verildi. Mərasimdə qəhrəman şəhidimizin keçdiyi qəhrəman döyüş yolu xatırlandı və qəhrəman şəhidimizin ruhuna dualar oxundu.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd

Bu xəbəri paylaşın: