ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Azərbaycanla sərhədə yollanıb.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində məlumat yayıb.
Səfirliyin məlumatında qeyd olunub ki, amerikalı diplomat Zəngəzur vilayətinin qubernatoru ilə görüşüb.
Səfir qubernatorla bu ayın ortalarında baş verən gərginliyi müzakirə edib.
P.S. Deyəsən xanım Linnin sərhədçiliyindən ABŞ-ın xəbəri yoxdur. Treysi orada Qafandakı İran konsulu ilə görüşsə təəccüblənməyin.
Bu xəbəri paylaşın:
