Şəhid Ailələrinə Qayğı Cəmiyyəti Göyçayda şəhid ildönümündə iştirak edib

Şəhid Ailələrinə Qayğı Cəmiyyəti Göyçay şöbəsinin üzvləri şəhid İntiqam Bəxtiyar oğlu Şirəliyevin novbəti ildönümü mərasimində iştirak ediblər.

Bu barədə Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin sədri,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəəndəsi Müşfiq Əliyev məlumat verib.

Məlumatda bildirilib ki, 44 günlük Vətən müharibəsidə şəhidlik zirvəsinə ucalmış İntiqam Şirəliyein məzarı ziyarət olunub. Mərasimdə müharibə veteranları, şəhid ailələri, məktəblilər və kənd sakinləri iştirak edirdilər.

Daha sonra Göyçay rayon Potu kənd məktəbində şəhidin adına verilmiş sinif otağının aclışı olub.

Xatırladaq ki, şəhid İntiqam Şirəliyev 29 sentyabr 2020-ci il tarixində Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah şəhidimizə rəhmət etsin, ailəsinə səbr versin.

Bu xəbəri paylaşın: