Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyada baş verən olaylar səfərbərlik sahəsində işlərin yaxşı getmədiyini göstərdi.
Xalqın işğalçılıq müharibəsini dərk etməsi ciddi etirazlar yaratdı. RF hakimiyyət dairələri zorakı üsulların ciddi fəsadlar törədəcəyindən çəkinərək daha şirnikləndirici üsullara əl atdılar. Hərbi mükəlləfiyyətli vətəndaşların ölkədən getməyə can atması vəziyyəti daha da kritikləşdirdi. Əlimizə maraqlı bir informasiya keçib. Rusiya Federasiyası Tuva respublikasında səfərbərlik toplanışına gedənlərə 1 baş qoyun və kömür verməyə başlayıb. Bir baş qoyun, bir çağırışçı əsgər. Ehtiyac içində boğulan respublikada bu üsul effekt verdiyi deyilir…
1 baş qoyun verməyə başlayıb. Bir çağırışçı bir baş qoyun.
Məlumatda deyilir: «Respublikanın bələdiyyə rayonlarının idarələri ehtiyatda olanların ailələrinə diri qoyun və kömür verəcək. Bu sərəncamı Tuvanın rəhbəri Vladislav Xovalıq verib.


Həmçinin səfərbər olanların ailələrinə 50 kiloqram un və iki kisə kartof verilməlidir. Ancaq kələm yalnız «lazım olduqda» veriləcəkdir. Məhsulların daşınması xərclərini bələdiyyə büdcələri ödəyəcək.
“Hökumət orqanlarının və fəal sakinlərin birgə səyi ilə hərbçilərin qohumları, dostları və özləri hiss etməlidirlər ki, onlar gündəlik problemlərlə tək qalmayacaqlar”, — rəsmi respublika portalı qeyd edir.
Tuva Respublikasının mətbuat xidməti ilk 91 qoçun artıq ailələrə çatdığını bildirib. Xırdabuynuzlu heyvanların paylanması bu həftənin sonuna qədər başa çatdırılmalıdır. Eyni zamanda, hakimiyyət səfərbər edilmiş kişilərin ümumi sayını açıqlamır.
Mənbə: Tuva Respublikasının rəsmi portalı
Rus qadınlar artıq indidən Moskvada kişi qalmadığını deyirlər. Belə getsə rus qadınları kişilərin əvəzinə qoçlarla gəzəcəklər…
AVMVİB Mətbuat Xidməti

