Xocavənd rayonunda Anım mərasimi keçirilib

Xocavənd rayonunda qəhrəman şəhid Ceyhun Aqil oğlu Nüsrətlinin Anım mərasimi keçirilib.

Bu barədə Şəhid Ailələrinə «Qayğı» Cəmiyyətinin Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədov məlumat verib.

Hamlet Gülməmmədov bildirib ki, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti rəhbərliyi adından şəhidin valideynləri və yaxınlarına başsağlığı verilib və Cəmiyyətin Fəxri fərmanı təqdim edilib. Mərasimdə şəhidin məzarı ziyarət olunub. İctimaiyyət nümayəndələri ilə yanaşı mərasimdə məktəblilər qəhrəman şəhidimizin Anım günündə iştirak ediblər. Ehsan süfrəsi verilib və şəhidlərimizin ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Xocavənd

Bu xəbəri paylaşın: