Şəhid anasından möhtəşəm şeir…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Dəmir Yolları Şöbəsinin dəstəyi ilə 1.10.2022-ci il tarixində Kürdəmir rayonunda Şəhid Əliyev Qalib Alışan oğlunun xatirəsinə inşa edilmiş Xatirə Bulağının açılışı olmuşdur.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Dəmir Yolları şöbəsinin sədri İlham Əzizov məlumat verib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Dəmir Yolları şöbəsi Kürdəmir stansiyası üzrə özək sədri Fuad müəllim, müharibə veteranları, məktəblilər və şəhidin yaxınları iştirak ediblər.

Məktəblilərin şeir ifasından sonra şəhid anası möhtəşəm bir çıxışı olub və bu kadrları Veteran.tv sizlərə təqdim edir.

Allah rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: