Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ordumuzla daim birgə olduğunu bir daha nümayiş etdirib. 44 günlük Vətən müharibəsi günlərində cəbhənin bütün istiqamətlərində döyüşən ordumuzun yanında olan müharibə veteranları bu gün də öz missiyalarını davam etdirirlər. Fürsətçi düşmənlə üzbəüz olan əsgərlərimizlə birgə olmağa çalışırlar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi dəfələrlə müxtəlif hərbi hissələrdə olublar və bu səfərlərə əli boş getməyiblər. Vətənpərvər insanlarımızın sayəsində ordumuza dəstək olmağa çalışıblar. Kimlərsə söz danışanda AVMVİB əmələ üstünlük verib.
Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov bildirdi ki, 29-30 sentyabrda Laçın rayonunda dislokasiya olunmuş N saylı hərbi hissədə olublar.



Temuraz Mansurov qeyd etdi ki, səfərdə əsas məqsədimiz əskərimizin məişət problemlərinə öz yardımlarımızı göstərmək və ən ucqar postda duran əsgərimizə mənəvi cəhətdən tək olmadığını bildirmək idi. Görüşdüyüm hərbi hissə rəhbərliyinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin salamlarını çatdırdım.
Bu işdə bizə müharibə veteranları və birliyimizlə daim sıx əlaqədə olan vətənpərvər insanlarımız dəstək oldular. Apardığımız sovqat və avadanlıqların alınmasında AVMVİB-nin fəxri üzvü «Ordubad» Ticarət Mərkəzinin rəhbəri Taleh Rəhimov, «Turan» Restoranlar şəbəkəsinin rəhbəri, AVMVİB sədrinin müavini Mübariz Quliyev, Reklam Departamenti, AVMVİB Sumqayıt şəhər şöbəsinin sədr müavini Elmar İsmayılov, Uşaq Xəstəxanasının həkimi Yetkin həkim bizimlə birgə oldular və daim bu cür aksiyalarda öndə olublar. Müharibə getdiyi günlərdə də bu vətənpərvər insanlar bizimlə birgə olublar.
Səfərin hazırlanmasında və yola salınmasının təşkilində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov, AVMVİB Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov və müharibə veteranlarımız yaxından iştirak ediblər. Hərbi hissəyə aparılan ləvazımatlar:
1.Təkər UAZ 8 ədəd
2.Generator 4 ədəd
3.Drujba motopila 2 adǝd
4.Soba üçün boru 25 ədəd
5.Poverbank akumyator 11 adad
6.Fanar 13 adǝd
7.Çaynik 22 ədəd
8.Alışqan 130 ədəd
9.Siqaret 20 blok
10.Termos 3 ədəd
11.Cilet 5 ədədli 5 packa
12.Pecenye 6 kq 5 karopka
13.Pryanik 5kq 4 karopka
14.Qurabiyə 4 packa
Aparılan ləvazımat və sovqatlar N saylı hərbi hissəyə təhvil verilib. Əsgər və zabitlərimizə bildirilib ki, AVMVİB üzvü olan 87 minlik veteranlar ordusu və Azərbaycan xalqı onlarladır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov Hərbi hissə komandanlığı tərəfindən Fəxri fərmanla təltif olunub.
Elnur Səlim


