Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı, Zabit Kərim oğlu Əliyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, AVMVİB Ağdaş rayon şöbəsi rəhbərliyi və Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı uzun ömür, fəaliyyətində isə uğurlar arzulayır.
Zabit Kərim oğlu Əliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yarandığı ildən onun üzvüdür. Bu gün üzvümüz Zabit Əliyevin 70 yaşı tamam olur.
Yubiley münasibətiylə Zabit Əliyevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və AVMVİB Ağdaş rayon şöbəsi Rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşdursun.
Müharibə veteranı Zabit Əliyev yubiley münasibətiylə Füzuli Rzaquliyev tərəfindən Fəxri fərmanla təltif edilib.
100 yaşa, Zabit bəy!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


