Yardımlı rayonunda xüsusi təyinatlı şəhid Əli Nuru oğlu Rzalının məzarı ziyarət edilmişdir.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.
Tədbirdə şəhid valideyinləri, ziyalılar, məktəblilər, kənd sakinləri, Yardımlı rayon İH nümayəndəsi, AVMVİB Yardımlı rayon şöbəsinin üzvləriı iştirak ediblər. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadət göstərmiş şəhid Əli Rzalının qəhrəmanlıqlarından söhbət açılmışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
E. Səlim


