Avropada «Azərbaycanın Dostları» Cəmiyyətinin sədri Elman Mustafazadə Qarabağ probleminin həllində informasiya qıtlığının aradan qaldırılması, doğru olanların dünyada yayılmasına kömək məqsədiylə yaradılmış, onlarla Azərbaycan insanını öz sıralarında birləşdirən «Ya Qarabağ, ya Ölüm» vatsap qrupunun 5 yaşı tamam oldu.
Bu qrupun üzvləri 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın apardığı haqq mübarizəsinə təmənnasız olaraq öz xidmətlərini hər kəs olduğu məkanda, ölkədə göstərməyə çalışıblar. İstər maddi, istərsə də mənəvi sahədə ölkəmizin yanında olublar.
Düşmənə qarşı apardığımız müqəddəs müharibədəki informasiya savaşında da bu qrupun üzvləri kimsədən sifariş gözləmədən öz sözlərini dedilər və deməkdə də davam edirlər.
Qrupun vətənpərvər üzvü Büsat İsmayılov və qrupun rəhbəri Elman Mustafazadə bu qrupun 5 yaşına bir fotosessiya videosu hazırlayıblar. 5 illik münasibətiylə qrup üzvlərini təbrik edirəm və gələcəkdə də mübariz olmağı arzulayıram. Döyüşlər bitər, amma bu savaş bitməz! Qəzanız mübarək!
Adı keçən «Ya Qarabağ, ya Ölüm»- 5 il video materialı təqdim edirik:
Xaqani Ədəboğlu
