Suraxanı rayonunda şəhidin Anım mərasimi keçirilib

Suraxanı rayonunda müharibə veteranları və şəhid ailələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Muxtar Qasımlının Anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi, Suraxanı, Zəngilan və Binəqədi rayon şöbələrinin sədrləri Elmar Hüseynov, Eldar Rüstəmov, Azad Musayev, Mərdan Ələsgərovun rəhbərliyi ilə müharibə veteranları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, bloqqer Elçin Ləmbəranski, bəstəkar Fərahim Sadiq, müğənni Natiq Dağlaroğlu, idmançılar, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.

Tədbir keçirilən idman zalına şəhid Muxtar Qasımlının adı verildi. Çıxış edənlər qəhrəman şəhidin keçdiyi döyüş və həyat yolundan danışdılar.

Şəhidin məzarı ziyarət olunub, gül qoyularaq ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

E. Səlim

Bu xəbəri paylaşın: